
Bakı. Trend:
Afrika Futbol Konfederasiyası (CAF) Əşrəf Hakiminin “İlin
oyunçusu” adına layiq görüldüyünü açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə Afrika Futbol Konfederasiyasının sosial media
hesabında paylaşım edilib.
Ötən mövsüm mərakeşli müdafiəçi PSJ ilə Çempionlar Liqasını,
Fransa Liqasını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb.
Bundan əlavə, Hakiminin heyətindəki parislilər ABŞ-da keçirilən
FIFA Klublararası dünya çempionatının finalına çıxıblar.
Müdafiəçi parislilər üçün bütün yarışlarda 55 oyun keçirib, 11
qol vurub və 14 məhsuldar ötürmə edib. Hazırda Hakimi sol topuq
zədəsindən sağalır.

