Belarus Litvadan iki sərhəd keçid məntəqəsinin açılması ilə bağlı rəsmi bildiriş alıb.
“Report”un məlumatına görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
“Noyabrın 20-də Minsk vaxtı ilə saat 1:00-dan başlayaraq Litva hakimiyyəti Kamennı Loq-Medininkay və Benyakoni-Şalçininkay sərhəd-keçid məntəqələrini açmağı planlaşdırır”, – deyə məlumatda bildirilir.
Belarus Sərhəd Xidməti isə Belarus-Litva sərhədində insanların və nəqliyyat vasitələrinin keçidini bərpa etməyə hazır olduğunu açıqlayıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

