Bakı.Trend:
Babək rayonunda avtomobil oğurlamaqda şübhəli bilinən şəxs
saxlanılıb
Trend-in
məlumatına görə, Babək rayonu ərazisində “Naz Lifan” markalı
avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri
operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli
bilinən 41 yaşlı E.Orucov qısa müddət ərzində Sirab kəndi
ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

