
20-23 noyabr aralığında Latviyanın Daugavpils şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək Azərbaycan U-18 millisinin oyunlarının vaxtı açıqlanıb.
Bu barədə “Report”a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
B qrupunda yer alan yığma noyabrın 20-də Bakı vaxtı ilə saat 17:00-da Estoniya ilə üz-üzə gələcək.
Komanda noyabrın 21-də eyni saatda Ukrayna seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


