
Bakı. Trend:
Tezliklə AzTV-də yayımlanacaq “Dirilən Adam” serialı Azərbaycan
ədəbiyyatının görkəmli yazıçısı Mir Cəlal Paşayevin eyni adlı
romanı əsasında hazırlanıb.
Trend xəbər
verir ki, serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir
ailədir. Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir
Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar
axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan
götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq
üçün yenidən şəhərə qayıdır.
Serialın baş rollarında
Əməkdar artistlər – Sənubər İsgəndərli, Füzuli Hüseynov
Aktrisa və aktyorlar – Günay Həsən, Yasin Həzi yer alırlar.
Yaradıcı heyət:
Ssenari müəllifləri: Pərviz Seyidli, Jalə Novruz, Kamal
Hüseynli
Quruluşçu rejissor: Bəhram Yaqublu
Quruluşçu operator: Aqşin Rzayev
Operator: Əmrah Mərdanov
Aktyorla iş üzrə rejissor: Tural Baxış
Prodüserlər: Nicat Həsənli, Nərmin Xankişiyeva
Bəstəkar: Vüqar Məmmədli
Rəssamlar: İlqar Qurbanov, Ayxan Zərgərov
Direktor: Həmid Əsədzadə
Layihə rəhbərləri: Həmid Əsədzadə, Şövkət Məhərrəmova
Serialın ümumilikdə 150 bölüm olması nəzərdə tutulub. İlk bölüm
1 dekabr tarixindən etibarən həftə içi 5 gün saat 22:00-da
Azərbaycan Televiziyasında yayımlanacaq.
Qeyd edək ki, bu serial AzTV-nin tarixində ilk gündəlik
çoxserialı layihədir.


