
Bakı. Trend:
Ukrayna prezidentiVolodimir Zelenski Türkiyəyə rəsmi səfər
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ankarada olan Ukraynalı dövlət başçısını
Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rüstəm
Umerov müşayiət edir.
Türkiyə prezidenti administrasiyasının saytında qeyd olunur ki,
Zelenski ilə Rəcəb Tayyip Ərdoğanın görüşü Bakı vaxtı ilə 17:05-də
Ankarada yerləşən prezident kompleksində baş tutacaq. Qrafikə
əsasən, müzakirələrə 55 dəqiqə vaxt ayrılacaq, daha sonra dövlət
başçıları şam yeməyinə yollanacaq.


