Çilidə şiddətli hava şəraiti səbəbindən beş nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Çilinin məşhur Torres del Paine Milli Parkında şiddətli hava
şəraiti səbəbindən beş turist ölüb.

Trend-in məlumatına görə, bu barədə Maqalyanes bölgəsindəki
prezident nümayəndəsinin ofisi xəbər verib.




“İtkin düşmüş kimi qeydə alınan yeddi nəfərdən dördünün sağ
olduğu təsdiqlənib. Təəssüf ki, üçü dünyasını dəyişib: iki Almaniya
vətəndaşı, biri isə Böyük Britaniya vətəndaşıdır”, – deyə
bildirilib. Ölən digər iki nəfər Meksikadan gələn turistlər
olub.

Faciə turistlər arasında ən populyar seçimdən daha çətin hesab
edilən dairəvi marşruta aid bir sektorda baş verib. Bir gün əvvəl
bu əraziyə qar yağıb və güclü külək əsib.