Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib

Baş səhifə
Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilib.

“Report” xəbər verir ki, günün ilk matçında “Neftçi” İK U-19 kollektivini 12:4 hesabı ilə üstələyib.

Ardınca “Baku Fire” “Lənkəran” komandasına 14:2 hesabı ilə qalib gəlib.

Günün son görüşündə isə “Araz-Naxçıvan” “Şuşa”dan güclü olub – 13:1.

Xal durumu: “Neftçi” İK – 19, “Araz-Naxçıvan” – 16, “Baku Fire” – 14, “Şuşa” – 9, U-19 – 3, Lənkəran – 0.