Azərbaycan güləşçisi Rusiyadakı turnirdə qızıl medal qazanıb

Baş səhifə
Azərbaycan güləşçisi Rusiyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Rusiyanın Yakutsk şəhərində keçirilən turnirdə qızıl medal qazanıb.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Cəbrayıl Hacıyev (79) bu turnirdə üçüncü yeri tutub.

Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medala sahib çıxıb.