Braziliyalı tanınmış futbolçu evə buraxıldı

Baş səhifə

Bakı.Trend:

İngiltərənin “Çelsi” komandasının sabiq futbolçusu, hazırda
Braziliya təmsilçisi “San Paulu”da çıxış edən Oskar xəstəxanadan
evə buraxılıb.

Trend ölkənin
yerli KİV-lərinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi
müayinə edilib və onun qısa müddətlik huşunu itirdiyi müəyyən
olunub.




Futbolçunun vəziyyətinin hazırda stabil olduğu bildirilib.

Xatırladaq ki, Oskar noyabrın 12-də tibbi müayinədən sonra
ürəyində aşkarlanan problem səbəbilə xəstəxanaya
yerləşdirilmişdi.