
ABŞ TRİPP layihəsi ilə regionda öz yerini tutacaq.
“Report” xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Farhad Məmmədov Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri” sessiyasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Yaxın Şərqdə oynayacağı yeni rol ABŞ-nin maraqları ilə üst-üstə düşür:
“Azərbaycan Ermənistanla münaqişə zamanı balanslı siyasəti təbliğ edirdi. Hazırda yeni regional reallıqlar yaranmaqdadır, geosiyasi rəqabət fonunda ABŞ Azərbaycan üçün önəmli strateji tərəfdaşdır”.
Fərhad Məmmədov deyib ki, Ermənistan lobbi qruplarının ABŞ-də fıaliyyəti sülh yolunda maneə törədə bilər.
“Bu, sülh prosesinə birbaşa zərər vurduğu kimi ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətinə də ziyan verir”.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


