
Bakı.Trend:
Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə
yaranacaq
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət
göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması
məqsədilə 18 noyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı
İdarəsi (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM)
yenidənqurma və təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Biləcəri
qəsəbəsi Mikayıl Mikayılov və Asəf Zeynallı küçələrinin bir
hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq.

