Yaponiya sahillərində 5,2 maqnitudalı zəlzələ baş verib

Baş səhifə
Yaponiya sahillərində 5,2 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Miyako şəhərindən (təxminən 51,7 min nəfər əhali yaşayır) 108 km şimal-şərqdə yerləşib. Ocağın dərinliyi 33 km olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.