Qubada hindistanlı turisti avtomobil vuraraq öldürüb – YENİLƏNİB

Baş səhifə

Quba–Bakı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Hindistan vətəndaşı ölü vəziyyətində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Həkim briqadası tərəfindən 1985-ci il təvəllüdlü şəxsin həkiməqədər ölümü faktı təsdiq olunub.

*****
16:06

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan avtomobil yolunun 149-cu kilometrliyində, Quba rayonunun Caqacuq kəndi yaxınlığında baş verib.

Sumqayıt şəhər sakini 27 yaşlı Ü.Həsənzadənin idarə etdiyi “Hyundai” markalı avtomobil yolu keçən 40 yaşlı Hindistan vətəndaşı Khan Mansoor Faizullanı vurub. Xəsarət alan şəxs dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.