Smartfonlar qlobal səviyyədə bahalaşacaq

Baş səhifə

Bakı. Trend:

Süni intellektə tələbin artması səbəbilə dünyanın hər yerində
smartfonların qiyməti bahalaşacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Çinin “Sina” agentliyi məlumat
yayıb.

Agentliyin mütəxəssislərinin bildirdiyinə görə, Çin smartfon
istehsalçıları yaddaş modullarının alınmasında çətinliklərlə
üzləşirlər. Süni İntellektdə məlumatların emalı üçün yaddaşa
ehtiyac olduğundan, mikroçiplərə tələb çox artıb.




Smartfon istehsal edən adı açıqlanmayan Çin korporasiyasının
nümayəndəsi bildirib ki, gələcəkdə ya cihazların göstəricilərini
zəiflətmək, ya da onların qiymətini artırmaq lazım gələcək.

Agentliyin məlumatına əsasən, ən böyük flaş-yaddaş blokları
istehsalçıları – “Micron”, “Samsung” və “Kioxia”- avadanlıqlarının
qiymətini artırmaq üçün NAND modullarının istehsalını azaldıblar.
Bunun isə onların məhsullarının bazar qiymətinin 2026-cı ildə
əhəmiyyətli bahalaşacağını deməyə əsas verir.