WUF13 – mənzil sahəsində dayanıqlı və inklüziv həllərin birgə axtarış üçün unikal platformadır – BMT

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumu (WUF13) mənzil sahəsində dayanıqlı
və inklüziv həllərin birgə axtarışı üçün unikaldır
platformadır.

Trend xəbər verir
ki, bunu bu gün Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma
Proqramının (UN-HABITAT) İcraçı Direktoru Anaklaudiya Marineyro
Senteno Rosbah diplomatik korpus üçün WUF13-ə həsr olunmuş
brifinqdə bildirib.

“WUF13 – mənzil sektorunun qlobal miqyasda inklüzivliyi,
bərabərliyi və iqlim dayanıqlığını necə təşviq edə biləcəyinin
araşdırılması baxımından bütün iştirakçıları və maraqlı tərəfləri
birləşdirən unikal bir platformadır”, – deyə o bildirib.




Rosbah vurğulayıb ki, dünya hər gün dərinləşən qlobal mənzil
böhranı ilə üzləşir. Təxminən 3 milyard insan qeyri-kafi şəraitdə
yaşayır, 1 milyarddan çoxu xarabalıqlarda və qeyri-rəsmi yaşayış
məntəqələrindədir, 300 milyondan çox insan isə evsizdir.

Qeyd edək ki, WUF13 17-22 may 2026-cı il tarixlərində Bakıda
keçiriləcək. Forum BMT-nin UN-HABITAT Proqramı ilə Azərbaycan
hökuməti əməkdaşlığı çərçivəsində təşkil olunur. Tədbir müxtəlif
ölkələrdən hökumət, bələdiyyə, özəl sektor, vətəndaş cəmiyyəti,
gənclər və akademik dairələr, eləcə də beynəlxalq təşkilatların
nümayəndələrini bir araya gətirəcək.