
STEAM təhsili şagirdlərə yalnız nəzəriyyə deyil, həm də həyat təcrübəsi yaradır.
“Report” xəbər verir ki, bu sözləri bu gün Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində layihənin rəhbəri İqrar Nəzərov dəyib.
O qeyd edib ki, festival hər il minlərlə gənci ruhlandırır:
“Festivalın məqsədi regionda ən təsirli innovasiyalar layihəsi yaratmaqdır. Ümumilikdə, 5 ildə 25 mindən çox şəxs qeydiyyatdan keçib: “Beynəlxalq tədbirdə 22 ölkə təmsil olunur. Festival ölkəmizdə texnologiya və rəqəmsal bacarıqların inkişafını sürətləndirmək baxımından mühüm rol oynayır. Eyni zamanda, bu tədbir beynəlxalq əməkdaşlıq üçün geniş və effektiv bir platforma funksiyasını yerinə yetirir”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


