Bakı. Trend:
Vyetnamın mərkəzində yerləşən Xanhoa əyalətində dağ yolunda baş
verən torpaq sürüşməsi ağır qəza ilə nəticələnib.
Trend xəbər verir
ki, hadisə zamanı sərnişin avtobusunun uçması nəticəsində ən azı
altı nəfər ölüb, 19 nəfər yaralanıb.
VnExpress-in məlumatına görə, faciə 16 noyabr axşamı 27C Milli
Magistral Yolundakı Xanle Aşırımında qeydə alınıb. Güclü yağışların
yaratdığı sürüşmə 32 sərnişin daşıyan avtobusun üzərinə çöküb.
Torpaq və qayaların yolu bağlaması səbəbindən xilasedicilərin
hadisə yerinə çatması iki saatdan çox vaxt aparıb.
Xilasetmə əməliyyatları bazar ertəsi səhəri də davam etdirilib.
Lakin güclü yağış və yeni sürüşmə riski işləri çətinləşdirir.

