Bakı. Trend:
Avstraliyanın Yeni Cənubi Uels vilayətində yarış avtomobili
tamaşaçılarla dolu tribunaya çırpılıb.
Trend-in məlumatına görə, bu barədə “7News” televiziya kanalı
xəbər verib.
Məlumata əsasən, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
Bildirilib ki, yarışda iştirak edən avtomobil idarəetməni
itirdiyinə görə hasara çırpılıb və sərgi meydançasındakı səyyar
tribunaya çırpılıb.
Qeyd edilib ki, bir nəfərin vəziyyəti ağırdır, üç nəfər isə ağır
yaralanıb.

