Yunanıstan polisi Zelenskinin səfərinə görə Afinada mitinqləri qadağan edib

Baş səhifə

Ukrayna Prezidenti Volodimir Zelenskinin 16 noyabrda gözlənilən səfəri ilə əlaqədar Yunanıstan polisi Afinanın mərkəzində, həmçinin Filotea və Halandri rayonlarında toplantı və mitinqlərin keçirilməsini qadağan edib.

APA xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news telekanalı məlumat yayıb.

Qərar təhlükəsizlik səbəbləri ilə izah olunub.

“Toplantıların keçirilməsi ictimai təhlükəsizliyə ciddi təhdid yarada bilər. Xüsusilə həyat və sağlamlığa, habelə əmlaka qarşı ağır cinayətlərin törədilməsi ehtimalı, eləcə də qeyd olunan ərazilərin sosial-iqtisadi həyatının pozulması riski nəzərə alınır”, – hüquq-mühafizə orqanlarının açıqlamasında vurğulanır.