Fransa millisinin futbolçusu: “Məqsədimiz qələbə qazanmaq və statistikanı genişləndirməkdir”

Baş səhifə
Fransa millisinin futbolçusu: Məqsədimiz qələbə qazanmaq və statistikanı genişləndirməkdir

Fransa millisinin məqsədi sabah DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirəcəyi matçda məqsədi qələbə qazanmaqdır.

“Report” xəbər verir ki, bunu Fransa millisinin futbolçusu İbrahim Konate Azərbaycanla matçdan əvvəl mətbuat konfransında deyib.

O, qarşılaşmadan zövq almağa çalışacaqlarını deyib:

“Kapitan olub-olmayacağını bilmirəm. Oyun çətin keçə bilər. Çalışırıq zövq alaq. Məqsədimiz qələbə qazanmaq və statistikanı genişləndirməkdir”.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.