Əməkdar artistin vəziyyəti ağırdır

Baş səhifə

“Atam Milli Onkologiya Mərkəzinə köçürülüb, boğazındakı şişlər beyinə gedən damarı sıxdığına görə qan beyinə laxta formasında gedir. Beyninə qan sızıb. Sağa-sola baxır, bədəni hərəkətsizdir, üz mimikası da yoxdur”.

Metbuat.az xəbər verir ki, bunu Oxu.az-a Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:

“Bu vəziyyətdə də həkimlər əməliyyat edə bilmirlər. Təkcə ürəyi işləyir, başqa heç nə”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.