Növbəti köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb (FOTO)

Baş səhifə

Ağdam. Trend:

Noyabrın 15-də doğma yurduna yola salınan köç karvanı Xıdırlı
kəndinə çatıb.

Trend xəbər
verir ki, bu mərhələdə Xıdırlı kəndinə 219 nəfərdən ibarət 50
ailəyə mənzillərin açarları təqdim edilib.




Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri
iştirak ediblər.