Azərbaycanın yanvar-sentyabr aylarında İtaliyaya təbii qaz ixracından gəlirləri artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya
ümumilikdə 3,5 milyard ABŞ dolları dəyərində 7,1 milyard kubmetr
təbii qaz ixrac olunub.

Trend bu barədə
Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, ötən ilin eyni dövrü üzrə göstəricilərlə
müqayisədə, cari ilin ilk 9 ayında dəyər ifadəsində 612 milyon
dollar həcmində və ya 21,3 faiz artım müşahidə olunub, həcm
baxımından isə bu 238,9 milyon kubmetr və ya 3,3 faiz
azalmadır.




Yanvar-sentyabr 2024-cü illərində Azərbaycandan İtaliyaya 2,9
milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,3
milyard ABŞ dolları təşkil edib.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında
Azərbaycandan xaricə ümumilikdə 18,5 milyard kubmetr təbii qaz
ixrac olunub və bunun dəyəri 6,7 milyard ABŞ dolları olub. Bu isə
ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon
ABŞ dolları və ya 10,3 faiz çox, həcm baxımından isə 203,2 milyon
kubmetr və ya 1,1 faiz azdır.