Bakı. Trend:
Marsel yaxınlığındakı Penn-Mirabo şəhərində yerləşən Tesla diler
mərkəzində baş verən güclü yanğın nəticəsində onlarla elektrik
avtomobili məhv olub.
Trend “Euronews”ə
istinadən xəbər verir ki, təxminən 50 yanğınsöndürən alovun
qarşısını almaq və onun yaxınlıqdakı binalara və avtomobillərə
yayılmasının qarşısını almaq üçün gecə boyu çalışıb. Hadisə
nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Polis bildirib ki,
mərkəzin arxa hissəsindəki hasarın kəsilməsi qəsdən yanğın
törədilməsi ehtimalını artırır.

