ABŞ Cənubi Karib dənizində robotlar yerləşdirəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ narkotik kartellərinə qarşı həyata keçirdiyi hərbi
kampaniyanın bir hissəsi olaraq robotlaşdırılmış sistemlər
yerləşdirməyi planlaşdırır.

Trend xəbər verir
ki, məlumatı “Miami Herald” qəzeti yayıb.




Bildirilir ki, ordu hava nəzarətini gücləndirmək üçün yeni
robotlaşdırılmış hava və dəniz sistemlərindən istifadə etməyi
nəzərdə tutur. Bunlara uzunmüddətli yerüstü nəqliyyat vasitələri,
kiçik pilotsuz tutucular və şaquli qalxış-enmə imkanına malik
dronlar daxildir.

Nəşr qeyd edir ki, əməliyyatın elan edilməsi ABŞ-nin Cənubi
Karib dənizində son onilliklərdə ən böyük hərbi güc artımı ilə eyni
vaxta təsadüf edib.