Bakı. Trend:
Ermənistanda “Antifake.am” (faktların yoxlanılması və
informasiya təqdimatı üzrə fəaliyyət göstərən sayt) saytının
jurnalisti İşxan Xosrovyan 6 saatlıq saxlanmadan sonra sərbəst
buraxılıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, jurnalistin vəkili Ruben Melikyanın bildirdiyinə
görə, onu səhər saatlarında öz evinin qarşısında “ədalət
mühakiməsinin həyata keçirilməsinə maneçiliyə yardım göstərmək”
ittihamı ilə saxlamışdılar.
13 noyabrda hüquq-mühafizə orqanları “antifake.am” ofisində
axtarışlar aparıb və internet resursuna aid bütün elektron
cihazları, o cümlədən kompüterləri müsadirə edilib.
Növbəti gün isə, Xosrovyan saxlanılıb. Həmçinin “axtarışlar
zamanı ədalət mühakiməsinə maneçilik törətməyə cəhd” şübhəsi ilə
antifake.am-in digər jurnalisti David Fidan yan da 72 saatlıq
müddətə saxlanılıb.

