Zaxarova: Rusiya Budapeştdə ABŞ ilə ikinci sammit keçirməyə hazırdır

Baş səhifə

Rusiya Budapeştdə ABŞ ilə ikinci sammit keçirməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ehtiyac yaranarsa, Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında təmaslar davam edəcək.

Zaxarova qeyd edib ki, Vaşinqtonla dialoq davam edir:”Lakin bu istədiyimiz qədər tez baş vermir. Rusiya-Amerika münasibətlərinin vəziyyətinə gəldikdə, əvvəlki administrasiyadan miras qalmış bir çox qıcıqlandırıcı amillər var. Yeni administrasiyanın gəlişi ilə biz onların bu dialoqu bərpa etmək üçün əhəmiyyətli bir istəyini hiss etdik”, – Rusiya XİN sözçüsü vurğulayıb.