Bakı. Trend:
2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən
iqtisadi fəal əhalinin sayı 5381,5 min nəfər olub.
Trend xəbər verir ki, bu barədə Dövlət
Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlardan 5102,6 min nəfərini məşğul əhali təşkil
edib.
Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı
1781,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 863,2
min nəfər, qeyri-dövlət sektorunda isə 918,2 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31,3 min nəfər, qeyri neft-qaz
sektorunda isə 1750,1 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda
muzdla çalışan işçilərin 23,0 faizi məhsul istehsalı sahələrində, o
cümlədən 7,8 faizi emal sənayesi, 6,7 faizi tikinti, 2,7 faizi su
təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd
təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi mədənçıxarma
sənayesi, 1,6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət
sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin
təmiri, 18,1 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial
xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə;
sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi
peşə, elmi və texniki fəaliyyət, 3,8 faizi inzibati və yardımçı
xidmətlərin göstərilməsi, 3,7 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində
fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi
informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar
əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi
sahələrində çalışıblar.

