Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 1,5 milyard kubmetr təbii qaz tədarük edilib, elektrik enerjisi ixracı isə 372 milyon kVt/saat olub.
“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, o, Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb: “Görüşdə strateji enerji tərəfdaşlığının prioritetlərini və yeni layihələrin qarşılıqlı faydalı əsasda inkişafını müzakirə etdik. SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

