Bakı.Trend:
Ağdaşda fərdi yaşayış evində kişi meyiti tapılıb.
Trend-in
məlumatına görə, hadisə noyabrın 12-də qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı, 14.07.1958-ci il
təvəllüdlü Mahir Mamedov tək yaşadığı Ağdaş şəhərində yerləşən
fərdi yaşayış evində qonşuları tərəfindən ölmüş vəziyyətdə aşkar
olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

