Türkiyə məxsus yanğınsöndürmə təyyarəsi ilə radio əlaqəsi kəsilib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin yanğınsöndürmə təyyarəsi ilə radio əlaqəsinin
kəsilib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Kənd və Meşə Təsərrüfatı
Nazirliyi xəbər verib.

Bildirilib ki, Nazirliyin Təsərrüfatı Baş İdarəsinə məxsus iki “AT8022 yanğınsöndürmə təyyarəsinin texniki baxış üçün Xorvatiyaya
uçub.




Nazirlik qeyd edib ki, iki təyyarə planlaşdırılan texniki baxış
çərçivəsində Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb,
lakin əlverişsiz hava şəraiti səbəbindən gecəni Reyka Hava Limana
düşüb.

“Təyyarə bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava
Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti
səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönüş zamanı
Reyka Hava Limanına eniş edib, digər təyyarə ilə radio əlaqəsi
Türkiyə vaxtı ilə saat 18:25-də kəsilib”, – deyə nazirlik
bildirib.