Futbol artıq bir neçə il əvvəlki kimi deyil – Ronaldo

Baş səhifə

Bakı.Trend:

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu futbolda ən
çətin olan məqam barədə fikirlərini bölüşüb.

Trend “Record” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı forvard qol
vurmağın çətin olduğunu bildirib:




“Mənim fikrimcə, futbolda ən çətin iş qol vurmaqdır. Müasir
futbola, fiziki və psixoloji tələblərə, klubların, yığmaların və
liqaların xüsusiyyətlərinə uyğunlaşa bildim. Ağıllı futbolçu
adaptasiya olmağı bacarır. Mən də bundan sonra belə düşünəcəyəm.
Futbol artıq bir neçə il əvvəlki kimi deyil. Hətta keçən ilki kimi
də deyil. Amma əmək eyni səviyyədə qalmalıdır. Bəzi mövqeelərdə
güclənmək, bəzilərində isə itki yaşamaq mümkündür”.

Qeyd edək ki, Kriştiano Ronaldu bu mövsüm “Əl-Nəsr” klubunun
heyətində meydana çıxdığı 11 rəsmi matçda 10 qol və və 2 məhsuldar
ötürmə ilə yadda qalıb.