Qırğızıstan gələn il növbəti İssık-Kul forumunu keçirməyi planlaşdırır.
“Report”un müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” beynəlxalq konqresində çıxışı zamanı bildirib.
O vurğulayıb ki, ölkə Prezidenti Sadır Japarov artıq tədbirin təşkili ilə bağlı tapşırıqlarını verib.
“Biz bütün dünyadan, ilk növbədə, Mərkəzi Asiya ölkələrindən və Azərbaycandan ziyalıları gözləyirik”, – K.İmanaliyev qeyd edib.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

