Bakı. Trend:
Vaşinqtonun qərarı ilə ABŞ zərbxanaları, o cümlədən Filadelfiya
və Denver zərbxanaları 200 ildən çox müddət ərzində döyülmüş bir
nominallı sentlərin istehsalını rəsmi olaraq dayandırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, istehsalın dayandırılmasına baxmayaraq buna qədər
milyardlarla zərb olunmuş sentlər hələ tədavüldə qalacaq, ən son
buraxılan sentlərin isə hərraclara çıxaraılacağı bildirilir.
ABŞ Maliyyə Nazirliyi bu qərarı sent istehsalının maliyyə
baxımından səmərəli olmaması ilə əsaslandırıb. Belə ki, mislə
cilalanmış zink tərkibli hər penninin (sentin köhnə adı-red) zərb
olunması ABŞ hökumətinə 4 sentə başa gəlir.

