Yüksəkixtisaslı miqrant portalı yaradılıb

Baş səhifə

Dövlət Miqrasiya Xidmətində yüksəkixtisaslı miqrant portalının təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, portal Yüksəkixtisaslı Miqrant Proqramı iştirakçılarının müraciətlərinin qəbulu və cavablandırılması, işəgötürənlərə əcnəbi mütəxəssislərin məlumatlarına çıxış, yüksəkixtisaslı miqrantlar və onların ailə üzvləri üçün proqramın təmin etdiyi güzəştlərlə bağlı məlumatların əldə edilməsi və s. imkanlar yaradır.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, bu proqram çərçivəsində müraciətlərin qəbulu, baxılması, cavablandırılmasının bir pəncərə prinsipi əsasında həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq portalın yaradılması barədə tapşırıq verilib:

“Bu sahədə tətbiq olunan meyarlar var. Əcnəbilər qeydiyyatdan keçərkən xüsusi bacarıqlarını qeyd etməklə tələb olunan 100 baldan minimum 70 balı topladığı halda bunhəddi keçmiş sayılır. Daha sonra onların bu müraciətlərinə aidiyyəti dövlət qurumları tərəfindən baxılır”.
O qeyd edib ki, portal pass.gov.az kimi müəyyən edilib: “Portalın əcnəbilərə xitab etdiyi nəzərə alınaraq proqramın dili ingilis dilində seçilib”.

O bildirib ki, portal 4 dildə fəaliyyət göstərir: “Yüksəkixtisaslı əcnəbi olduğunu düşünənlər bu proqramda qeydiyyatdan keçə bilər. Qiymətləndirmənin nəticəsi müsbət hesab edilərsə, proqram 20 gün ərzində bu məlumatı qəbul edir. Bunun əsasında Azərbaycana sadələşdirilmiş qaydda viza əldə etmək və ailə üzvləri ilə yaşama icazəsi əldə edə bilər. Həmçinin əcnəbilər yaşama icazəl