Türkiyədə ard-arda 3 güclü zəlzələ oldu

Baş səhifə

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda ardıcıl olaraq 4 baldan güclü üç zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 07:16, 07:20 və 07:21-də baş verib. Onlardan ən güclüsünün maqnitudası 4,7, digərlərinin isə 4,2 bal olub.

AFAD-ın məlumatına görə, zəlzələlərin ocağı 7 ilə 12 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət ətraf bölgələrdə də hiss olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.