Azərbaycan yığmasının baş məşqçisi: “Əcnəbi futbolçuların milliləşdirilməsinin tərəfdarı deyiləm”

Baş səhifə
Azərbaycan yığmasının baş məşqçisi: Əcnəbi futbolçuların milliləşdirilməsinin tərəfdarı deyiləm

Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov əcnəbi futbolçuların milliləşdirilməsinin tərəfdarı deyil.

“Report” xəbər verir ki, bunu adıçəkilən mütəxəssis İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.

O, yığmada yerli oyunçulara güvəndiyini söyləyib:

“Şəxsi fikrimə görə, belə bir şeyin olmasının tərəfdarı deyiləm. Daha çox yerli futbolçuların heyətdı yer almasını istərdim. Azərbaycanda istedadlı futbolçular var”.