
Bakı.Trend:
Paytaxtda baş verən qəzada svetofor yararsız vəziyyətə
düşüb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonu,
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb,
piyada svetoforuna isə zərər dəyib.
İlkin ehtimala görə, qəza sürücü diqqətsizliyi səbəbindən olub.
Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən
svetoforların yenisi ilə əvəz edilməsi işləri görülür.

