
Moldova hökuməti MDB çərçivəsində bir sıra sazişlərin denonsasiyasını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Moldova KİV-ləri məlumat yayıb.
Bunlar MDB-yə üzv dövlətlərin vətəndaşlarının digər iştirakçıların ərazilərinə vizasız səfərləri haqqında sazişlər, kimya və neft-kimya sahəsində əməkdaşlıq haqqında saziş, avtomobil nəqliyyat vasitələrinin mühərriklərində yanacaq kimi sıxılmış təbii qazdan istifadə sahəsində əməkdaşlıq haqqında saziş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş, hərbi daşımaların həyata keçirilməsi prinsipləri və qaydaları haqqında saziş və MDB-nin iştirakçısı olan dövlətlər arasında malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı dolayı vergitutma prinsipləri haqqında sazişdir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


