
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və
fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və
digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə
hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin
operativ aradan qaldırılması işinin təşkili məqsədilə Zəfər Günü və
Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində
çalışıb.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti
qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində
ümumilikdə 111 yanğına çıxış, 16 köməksiz vəziyyətdə qalma, 6
avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların
həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində
4-ü azyaşlı olmaqla 20 xilas edilib, 2 nəfər təxliyə olunub, 2
nəfər xəsarət alıb, 8 nəfərin meyiti aidiyyəti üzrə təhvil
verilib.

