Salyanın bir sıra kəndlərində işıq olmayacaq

Baş səhifə

Bakı.Trend:

Salyanın bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar
elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik
stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə
əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin
(RETSİ) ərazisində trassa “Azərişıq” ASC-nin 35 kV-luq hava xətləri
ilə kəsişir.




Bununla əlaqədar olaraq 12 noyabr tarixində saat 09:30-dan
13:30-dək Salyanın Qırxçıraq, Seydan, Parçaxalac, Pratman, Gəncəli,
Həsənli, Bəşirabad, Şəkərli, Yenikənd, Kürsəngi, Abad, Xalac və
Kolanı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət
yaranacaq.

Yenidənqurma işləri tamamlandıqdan sonra həmin kəndlər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.