Dumanlı hava nə vaxta kimi davam edəcək?

Baş səhifə

Bakı. Trend:

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə
olunur.

Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, duman sinoptik şəraitlə əlaqədar olaraq
gözlənilən atmosfer hadisəsidir. Gündüz saatlarında temperaturun
yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin
soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ
gəlməsinə səbəb olub.




Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir,
Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab,
İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar
və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək
məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın
15-dək fasilələrlə davam edəcəyi gözlənilir.