
Bakı. Trend:
11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər
naziri Hakan Fidana zəng edib.
Trend xəbər verir
ki, bu barədə XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən
C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində
qəzaya uğraması ilə əlaqədar başsağlığı diləyib, vəfat edən təyyarə
heyəti və hərbçilərə Allahdan rəhmət, doğmalarına səbr
arzulayıb.
Qəza ilə bağlı Azərbaycan tərəfinin Türkiyə və Gürcüstanın
aidiyyəti dövlət qurumları ilə təmasda olduğu və qəzanın
nəticələrinin aradan qaldırılması, axtarış-xilasetmə tədbirlərinin
həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır
olduğu bildirilib.
Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə
görə təşəkkürünü bildirib.


