Mükafat yazılıb, amma məqsəd onlayn tələdir – DİN çağırış edir

Baş səhifə

Bakı. Trend:

Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə
göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat
qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını
ələ keçirməyə yönəlmiş cəhdlər var.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.

Bildirilib ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma
vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16
rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.




“Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi
vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə
nəticələnə bilər.

Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna
əmin olun, “pul köçürülməsi”, “hesabınız dondurulub” və ya
“kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər
bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və
banka məlumat verin”,- deyə məlumatda qeyd edilib.