
Əsas odur ki, cüdo millimiz İslamiadanın qalibi oldu.
“Report”un Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Zelim Kotsoyev deyib.
O, yığmanın İslamiadada komanda yarışının qalibi olması barədə danışıb:
“Bu gün cüdo üzrə komanda yarışlarında yüksək nailiyyət qazandıq. Milli üzvləri sona qədər mübarizə apardılar. Bu qələbə yüksək əzmin və bacarığın nəticəsidir. Mən də öz üzərimə düşən işin öhdəsindən gəlməyə çalışdım. Fərdi yarışlarda qızıl medalı əldən verdim. Lakin bu idmandır, hər şeyin baş verməsi mümkündür. Əsas odur ki, cüdo millimiz VI İslam Həmrəyliyi Oyunlarının qalibidir”.
Qeyd edək ki, Azərbaycanın cüdo millisi İslamiadanın finalında Özbəkistan yığmasını 4:0 hesabı ilə məğlub edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


