Tramp BBC-ni məhkəməyə verməklə hədələyib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın “BBC” yayım
korporasiyası onun redaktə edilmiş çıxışının yayımını 14 noyabr
tarixinə qədər silməsə, BBC-ni 1 milyard dollarlıq iddia ilə
məhkəməyə verməklə hədələyib.

Trend-in
məlumatına görə, bu barədə yayım korporasiyası ABŞ prezidentinin
vəkillərinin məktubuna istinadən xəbər verib.




2024-cü ilin oktyabr ayında “BBC” kanalı “Panorama” verilişində
Trampın çıxışı Kapitoli binasının ələ keçirilməsinə çağırış
etdiyini düşünmək üçün redaktə edilmişdi. Baxmayaraq ki, əslində o,
vətəndaş mövqelərini dinc vasitələrlə ifadə etməyin zəruriliyindən
danışırdı.

Bu qalmaqal teleşirkətin baş icraçı direktoru Tim Deyvi və
xəbərlər şöbəsinin rəhbəri Debora Ternessin istefasına səbəb
olub.