İsrail Livanda “Hizbullah” obyektlərinə zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu Livandakı “Hizbullah” təşkilatının hərbi
hədəflərinə bir sıra zərbələrin endirib.

Trend-in
məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.




Məlumata əsasən, Livan ərazisinin şərqindəki Bekaa bölgəsində və
cənubundakı Nəbatiyə şəhərində yerləşən silahlıların hədəflərinə
hücum edilib.

“Livanın cənubunda İsrail Müdafiə Ordusu son aylarda terrorçuluq
fəaliyyətinin qeydə alındığı “Hizbullah” obyektinə zərbə endirib.
Nəbatiyyədə bir neçə terrorçu hədəfinə hücum edilib. Bundan əlavə,
Bekaa bölgəsində strateji silah istehsalı və saxlama müəssisələrinə
qarşı bir sıra zərbələr endirilib”, – deyə bildirilib.