
Bakı.Trend:
Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs
saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və
onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə
bağlı polisə müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə
şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

