Balakəndə velosipeddən yıxılan 43 yaşlı şəxs ölüb

Baş səhifə

Balakən rayonunda velosipeddən yıxılan 43 yaşlı şəxs ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Mahamalar kəndində baş verib.

Belə ki, kəndin ərazisində kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.